Ucnoqta.az
www.ucnoqta.az

Apreldən başlayaraq Kürdə suyun artacağı gözlənilir

10:21 - 29 Mart 2022 tarixində dərc olunub.

Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda sululuq artıb. Bu da Kür çayında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub.

Bunu Trend-in sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

"Aprel ayından başlayaraq havanın temperaturunun artması və qarın əriməsi, yağan yağışlarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir", - o deyib.

A.Verdiyevin sözlərinə görə, hazırda qar ölçmə işləri, aprel, may, iyun ayında gözlənilən hava şəraitinin təhlilləri yekunlaşmaq üzrədir:

"Aprelin əvvəlində çaylarda gursululuq proqnozu hazır olacaq",- mərkəz direktoru deyib.

Müəllif: