Ucnoqta.az
www.ucnoqta.az

Apellyasiya məhkəməsi sayt rəhbəri ilə bağlı qərar verdi

18:41 - 28 Mart 2022 tarixində dərc olunub.

Bakı Apellyasiya Məhkəməsində "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Mahir Xəttab) şikayəti ilə bağlı qərar elan elan olunub.

Bu barədə APA-ya vəkil Araz Nurməmmədov məlumat verib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayaraq birinci instansiya məhkəmsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov verilmiş ittihamla təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Müəllif: