Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb<font color=red><b> - Foto</b></font>

15:46 - 28 Mart 2022 tarixində dərc olunub.

Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Rayon sakini, Kamil Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etdiyi, bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması müəyyən edilib. Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan sürücü inzibati məsuliyyətə cəlb olunub.

Müəllif: