Ucnoqta.az
www.ucnoqta.az

Suqovuşanda silah-sursat aşkarlanıb - <font color=red><b>Foto</b></font>

12:40 - 28 Mart 2022 tarixində dərc olunub.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın toplanması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xİdmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Suqovuşan qəsəbəsindən silah-sursat aşkar edilib. Tapılan 1 avtomat, 2 daraq və 46 ədəd patron aidiyyəti üzrə təhvil verilib.

Müəllif: