Ucnoqta.az
www.ucnoqta.az

Siyəzəndə 28 yaşlı qadın dəm qazından zəhərləndi

09:52 - 28 Mart 2022 tarixində dərc olunub.

Siyəzən rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, rayon sakini 1994-cü il təvəllüdlü Vəkilova Gülnar Şıxlar qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

O, dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif: