Ucnoqta.az
www.ucnoqta.az

Polşa Prezidentinin təyyarəsi qəza enişi edib

23:08 - 25 Mart 2022 tarixində dərc olunub.

Polşa Prezidenti Anjey Dudanın təyyarəsi Varşavada qəzalı eniş edib.

Bu barədə Polşa liderinin dəftərxanasından məlumat verilib.

“Prezident Dudanın olduğu təyyarə qəzalı eniş etdi. Təyyarə Varşavaya qayıdıb”, - deyə məlumatda bildirilir.

Hazırda ehtiyat təyyarənin Jeşuva uçması gözlənilir. Polşa liderinin orada ABŞ prezidenti Co Baydenlə danışıqlar aparacağı gözlənilir.///oxu.az

Müəllif: