Ucnoqta.az
www.ucnoqta.az

Daha 50 nəfər koronavirusa yoluxub - <font color=red><b>3 nəfər ölüb</b></font>

18:52 - 25 Mart 2022 tarixində dərc olunub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib. 451 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 499, bu günə qədər isə ümumilikdə 6 679 287 test icra olunub.

Müəllif: