Ucnoqta.az
www.ucnoqta.az

Zibil yığan maşının altında qaldı - <font color=red><b>Qazaxda dəhşətli ölüm hadisəsi</b></font>

16:25 - 23 Mart 2022 tarixində dərc olunub.

Qazaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Təmizlik idarəsinin əməkdaşı B.Əliyev hərəkətdə olan zibil maşınının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.

Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib. Hadisə şəhərin Bakı küçəsində baş verib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.///report

Müəllif: