Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə bir ailənin beş üzvü zəhərləndi

20:20 - 22 Mart 2022 tarixində dərc olunub.

Gəncə şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib.

Hadisə Gəncə şəhər 4-cü mikrorayon ərazisində qeydə alınıb.

1983-cü il təvəllüdlü T.Nuruşov, həyat yoldaşı 1993-cü ildə anadan olmuş A.Nuruşova, övladları - 2012-ci il təvəllüdlü M.Nuruşov, 2010-cu ildə anadan olmuş A.Nuruşova və uşaqların nənəsi 1966-cı il təvəllüdlü X.Nuruşova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: