Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Qədim Qala kəndində qeydə alınıb.2001-ci il təvəllüdlü Nicat Aslanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 21 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.