Ucnoqta.az
www.ucnoqta.az

Novruz tonqalı qəsəbənin bir hissəsini işıqsız qoydu - <font color=red><b>FOTO</b></font>

23:05 - 21 Mart 2022 tarixində dərc olunub.
Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hacı Soltan küçəsində məhəllə sakinləri tərəfindən qalanmış Novruz tonqalı qəzaya səbəb olub. Oxu.Az xəbər verir ki, gur alov ərazidən keçən elektrik naqillərini əridərək qəsəbənin bir hissəsinin işıqsız qalmasına səbəb olub. Hazırda “Azərişıq” ASC-nin əməkdaşları hadisə yerində iş aparır. Elektrik təminatının tezliklə bərpa olunacağı bildirilir.
Müəllif: