Ucnoqta.az
www.ucnoqta.az

Göyərtəsində 133 nəfərin olduğu Boeing 737 qəzaya uğradı

13:13 - 21 Mart 2022 tarixində dərc olunub.
Çin Şərqi Hava Yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi Çinin cənubunda qəzaya uğrayıb. APA-nın xəbərinə görə, bu barədə Çinin milli televiziyası məlumat yayıb. Bildirilib ki, içərisində 133 nəfərin olduğu Boeing 737 sərnişin təyyarəsi Çinin Quanksi-Çjuan Muxtar Bölgəsinin Vuzhou şəhərinin Teng qraflığında qəzaya uğrayıb. Ölən və yaralananlar barədə məlumat verilməyib, axtarış-xilasetmə işlərinə başlanılıb. Qəza yerində meşə yanğınının başladığı məlum olub.
Müəllif: