Ucnoqta.az
www.ucnoqta.az

Peyvənd olunanların sayı açıqlanıb

18:51 - 20 Mart 2022 tarixində dərc olunub.
Azərbaycanda son sutkada koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, son bir gündə COVID-19 əleyhinə 12 966 vaksin vurulub. Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 501, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10 039, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 758 nəfərdir.
Müəllif: