Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşub -<font color=red><b> xəsarət alan var</b></font>

10:55 - 20 Mart 2022 tarixində dərc olunub.

Bakıda avtomobillər toqquşub, xəsarət alan var.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “VAZ" markalı minik avtomobili “Opel” markalı minik avtomobilinə çırpılıb: "Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər".

Müəllif: