Operativ Qərargahdan vaksin olunanlarla bağlı <font color=red><b>MƏLUMAT</b></font>
18:41 - 19 Mart 2022 tarixində dərc olunub.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 974 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 801, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 864, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 13 498 olub. Pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 811 nəfərdir.