Ucnoqta.az
www.ucnoqta.az

“BakuBus” avtobusu minik avtomobili ilə toqquşdu <font color=red><b>Foto</b></font>

09:29 - 19 Mart 2022 tarixində dərc olunub.
“BakuBus” MMC-yə məxsus sərnişin avtobusu qəzaya düşüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, “BakuBus”ın avtobusu ilə “KİA Sportage” markalı minik avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: