Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 6 yaşlı uşağı avtomobil vurub

09:09 - 18 Mart 2022 tarixində dərc olunub.
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Qədirli Məhəmməd Əli oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Müəllif: