Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda bir neçə DSK-nın üzvləri vəfat etdi

16:57 - 17 Mart 2022 tarixində dərc olunub.

Azərbaycanda bir neçə Dairə Seçki komissiyalarının (DSK) üzvləri vəfat edib.

Bu barədə MSK katibi Mikayıl Rəhimov qurumun bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, 11 saylı Qaradağ seçki dairəsinin həlledici səs hüquqlu üzvü Bakir Əsədli, 17 saylı Yasamal üçüncü seçki dairəsi həlledici səs hüquqlu üzvü Arif Əmiraslanov, 77 saylı Astara seçki dairəsinin həlledici səs hüquqlu üzvü İmdad Qasımov, 92 saylı Zərdab-Ucar seçki dairəsinin həlledici səs hüquqlu üzvü Rasim Kərimov vəfat edib.///report

Müəllif: