Ucnoqta.az
www.ucnoqta.az

"İnsanlar mümkün qədər "fast food"dan uzaq dursunlar” - <font color=red><b>Həkim</b></font>

16:05 - 16 Mart 2022 tarixində dərc olunub.

“Bütün xəstəliklər cavanlaşmağa doğru gedir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev Nazirliyin “Instagram” hesabındakı canlı yayımında deyib.

Həkim bildirib ki, normalda 60-70 yaşlarında rastlanan təzyiq xəstəliyi, artıq 30-35 yaşlara düşüb: “Bunun səbəbləri çoxdur. Bir səbəbi də stressdir. Düzgün olmayan qidalanma, qeyri-aktiv həyat səbəblər arasındadır. Xüsusilə mədə-bağırsaq xərçənginə yoluxanların yaş həddi çox aşağı düşüb. Bu xəstəliklərin cavanlaşmaması üçün düzgün qidalanma, aktiv həyat tərzi çox önəmlidir”.

Həkim qeyd edib ki, bu gün insanlarda ciddi şəkildə çəki artımı müşahidə edilir: “Fast food” qidaların bunda çox rolu var. Bunun gündəlik hal alması çox ciddi fəsadlara səbəb olacaq. Bu, ürək-damar xəstəliklərinə, uşaqların beynində problemlərə gətirib çıxarır. Mümkün qədər insanlar "fast food"dan uzaq dursunlar”.

Həkim artıq çəkidən əziyyət çəkən insanlara məsləhət verib: “Artıq çəkinin birinci səbəbi hərəkətsizlik, oturaq həyat tərzidir. Günümüzdə artıq çəkili olmaq ən aktual xəstəlikdir. Artıq çəkidən azad olmağın yolu artıq çəkiyə çatmadan tədbirlər görməkdir. Qidalanmada hazır qidalardan maksimum dərəcədə uzaq durulmalıdır. Qidalarda proteinə üstünlük verilməlidir. Normal qidalanma və yuxu rejimi hər şeydən önəmlidir. Düzdür bəzi xəstəliklər var ki, o insanlar nə etsələr də, çəki verə bilmirlər. Endokrinoloji xəstələrdə altda yatan problemlər həll olunmasa, o insanlar çəki verə bilmirlər”.///apa

Müəllif: