Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ordusu Ukraynada silah-sursat anbarını məhv edib - <font color=red><b>FOTO</b></font>

11:00 - 16 Mart 2022 tarixində dərc olunub.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Çerniqov vilayətində silah-sursat və hərbi texnika dolu anbarın məhv edilməsi videosunu yayıb.

Anbara artilleriya zərbələri endirilib.

“Rusiya Ordusunun artilleriya bölmələri atəş hədəfinin vurulması çərçivəsində dəqiq zərbə ilə Ukraynanın raket-artilleriya anbarını və 20-yə qədər zirehli texnikasını məhv edib”, - Nazirliyin açıqlamasında deyilir.

Atəşin dəqiqliyi pilotsuz uçuş aparatının köməkliyi ilə korrektə olunub.

Müəllif: