Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada daha bir rus generalı öldürüldü - <font color=red><b>FOTO</b></font>

13:24 - 15 Mart 2022 tarixində dərc olunub.

“Azov” alayı Ukrayna ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürüb.

Bu barədə alayın teleqram kanalında məlumat verilib.

“Kim bizə qılıncla gəlsə, elə qılıncdan da öləcək”, - alay vurğulayıb.

General-mayorun adı açıqlanmayıb.

Bundan başqa, bu gün “Azov” alayı Ukraynanın Mariupol şəhərindəki Rusiya ordusunun mövqelərini bombalayıb, nəticədə qarşı tərəfin bir neçə texnikası məhv edilib.

Müəllif: