Ucnoqta.az
www.ucnoqta.az

Operativ Qərargahdan vaksin olunanlarla bağlı <font color=red><b>MƏLUMAT - FOTO</b></font>

15:41 - 14 Mart 2022 tarixində dərc olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 5 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 20-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 263 773, birinci doza peyvəndlərin ümumi sayı 5 314 247, ikinci doza vaksinlərin sayı 4 803 747 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 926 687, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 219 092 olub.

Müəllif: