Ucnoqta.az
www.ucnoqta.az

PSJ azarkeşləri Messini fitə basıb

20:17 - 13 Mart 2022 tarixində dərc olunub.

Fransanın PSJ klubunun azarkeşləri "Bordo"ya qarşı Liqa 1-in XXVIII tur matçında futbolçuları fitə basıblar.

Fanatlar Kilian Mbappedən başqa, bütün oyunçuların əleyhinə şüarlar səsləndiriblər.

Paris təmsilçisinin İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzaraq, Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırması tərəfdarların narazılığına səbəb olub. Onlar hətta klubun prezidenti Nasser Əl-Xəlaifini istefaya səsləyiblər.

Qeyd edək ki, PSJ - "Bordo" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.///report

Müəllif: