Ucnoqta.az
www.ucnoqta.az

Sabah bu ərazilərdə qaz olmayacaq

18:49 - 13 Mart 2022 tarixində dərc olunub.

Sumqayıt şəhərində 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Bu barədə Sumqayıt Qaz İstismar Sahəsində verilən məlumatda deyilir.

Bildirilib ki, “Şəhər-3" orta təzyiqli qaz kəmərində təmir-quraşdırma işlərinin aparılması və qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar, 14.03.2022-ci il tarixində saat 09:30-dan etibarən saat 11:30-dək Sumqayıt şəhərinin Kimyaçılar, Təzə Kotec, Köhnə Kotec qəsəbələri, "Xəzər bağları" yaşayış massivində, Bulvar ərazisi və 22-ci məhəllənin qaz təchizatı dayandırılacaqdır. Ümumilikdə 16500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Müəllif: