Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada poliqon raket atəşinə tutuldu - <font color=red><b>35 ölü, 134 yaralı</b></font>

16:02 - 13 Mart 2022 tarixində dərc olunub.

Ukraynanın Yavorov poliqonunda (Lvov vilayəti) yerləşən Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə raket hücumu nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Lvov hərbi vilayət administrasiyasının rəhbəri Maksim Koziski bildirib.

"Təəssüf ki, biz daha çox qəhrəman itirdik: sülhməramlılar və təhlükəsizlik mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub. Daha 134 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib”, - Koziski qeyd edib.

Müəllif: