Ucnoqta.az
www.ucnoqta.az

DİN-dən sürücülərə <font color=red><b>XƏBƏRDARLIQ </b></font>

14:00 - 13 Mart 2022 tarixində dərc olunub.

"Avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağa vermək, yaxud əlçatan etmək cinayətkara fürsət yaradır. Bununla qaranlıq küçədə, mühafizə olunmayan yerdə, oğru açıq qapıdan və pəncərədən daxil olmaqla avtomobili rahat talaya bilər".

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib.

"Bundan başqa, hər hansı əşyanı avtomobilin içərisində görünən yerdə saxlamaq diqqət cəlb edə bilər. Bunlar viktimologiyadır", - DİN rəsmisi qeyd edib.

Müəllif: