Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə itkin düşən ana və 3 azyaşlı övladı tapılıb -<font color=red><b> FOTO - YENİLƏNİB</b></font>

15:08 - 13 Mart 2022 tarixində dərc olunub.

Şəmkirdə naməlum şəraitdə itkin düşən ana və 3 azyaşlı övladı tapılıb.

APA-nın yerli bürosuna bu barədə qadının qonşusu Sabir Qarayev məlumat verib.

Onun sözlərinə görə 27 yaşlı Səriyyə Məmmədovanı polis Bakıda tapıb. Məlumata görə, hazırda ana və azyaşlı övladlarının səhhətində heç bir problem yoxdur.

***

13:35


Şəmkirdə ana və azyaşlı övladları axtarılır.


Şəhərin 20 Yanvar küçəsində evlərdən birində yaşayan 27 yaşlı  Səriyyə Məmmədova 4, 6 və 7 yaşlı övladları martın 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə "Unikal"-a Səriyyə Məmmədovanın qonşusu Sabir Qarayev məlumat verib: "Onun sözlərinə görə martın 9 qonuşu kimi onlara baş çəkməyə getdim. Və evin qapısın açıq olduğunu gördüm. Evə daxil olanda evdə qaz, işıq yanılı vəziyyətdə idi. Bizdə narahatıq ki, bəlkə başlarına iş gəlib. 4 gündür bir xəbər yoxdur. Bilmirik hardadılar. Bəlkə başlarıns iş gəlib. Və həya hədə qorxu gəlib aparıblar. Onlar evdən gedəndə heç nə götürməyiblər. Sənədlər idə evdədir. Polisə də məlumat vermişik."

Sabir Qarayevin sözlərinə görə, Səriyə Məmmədova həyat yoldaşından ayırlıb: Qadının keçmiş həyat yoldaşı ruhi xəstəliklər dispanserində müalicə alır.  Deyilənə görə, ordan qaçıb. Hadisə ilə bağlı polisə məlumat verilib".

 

Müəllif: