Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə yanğın olub, xəsarət alan var

23:12 - 12 Mart 2022 tarixində dərc olunub.
Şəmkirdə yanğın baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.Kənd sakininə məxsus yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı ev sahibi 1983-cü il təvəllüdlü Pərviz Həsənov övladını yanğından çıxarmaq istəyərkən xəsarət alıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.
Müəllif: