Respublikanın əksər bölgələrində mart ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 2-4°C yüksək, nisbətən yağıntılı və qeyri sabit hava şəraiti ilə səciyyələnib.
Ucnoqta.az Milli Hidrometeorologiya Xidmətinin aqrometeoroloji bülleteninə istinadən xəbər verir ki, havanın dekadalıq orta temperaturu Maştağada 7.3ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 9-10⁰C, Lənkəran-Astara bölgəsində 9-10ºC, Quba-Xaçmazda 3-7ºC, Şəki-Zaqatalada 6-8⁰C, Dağlıq Şirvan bölgəsində 4-6ºC, Gəncə və Goranboyda 8ºC, Qazax-Tovuzda 2-7⁰C, Qarabağ bölgəsində 8-9ºC , Naxçıvanda 7,7ºC təşkil edib.
Havanın minimum temperaturu Maştağa və Astarada 4ºC, Lənkəran və Acınohurda 3ºC, Beyləqanda 2ºC, Bərdə və Göyçayda 1ºC, Şəki və Tovuzda -1ºC, Dağlıq Şirvan zonasında -2 - -4⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Maştağada 1ºC, Cəfərxan və Ceyrançöldə -2ºC, Şəki-Zaqatalada -3_-4⁰C, Mərəzədə -4ºC, Tovuzda -5ºC, Naxçıvanda -6ºC, Gəncədə -7ºC olub.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatalada 19-42mm, Quba-Xaçmazda 18-25 mm, Lənkəran-Astarada 19-24mm, Dağlıq Şirvan bölgəsində 9-15mm, Qazax-Tovuz bölgəsində 9-11mm, Maştağada 6mm qeydə alınıb.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 74-80%, Gəncə-Daşkəsəndə 60%, Qazax-Tovuz bölgəsində 59-74%, Qarabağda 69-73%, Naxçıvanda 60%, Maştağada 79%, , Lənkəran-Astara bölgəsində 77-80%, Mil-Muğanda 65-73%, Şəki-Zaqatalada 61-73%, Quba-Xaçmaz bölgəsində 83-87%, Mərkəzi Aranda 66-67% təşkil etmişdir.
Rütubət çatışmazlığı Maştağa, Dağlıq Şirvan, İmişli, Gədəbəy, Quba-Xaçmaz bölgələrində 2 hPa, Mil-Muğanda 2-4 hPa, Şəki-Zaqatala, Qazax-Tovuz və Lənkəran- Astarada 3-4 hPa, Mərkəzi Aranda 4-5 hPa, Qarabağda 4 hPa, Gəncə-Daşkəsən bölgəsində və Naxçıvan HMS-da 5 hPa olub.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı 1 gün küləyin maksimum sürəti Balakəndə 24 m/san, Astarada 22 m/san, Yardımlı və Ceyrançöldə 20 m/san , Oğuz , Zərdab və Naxçıvanda 18 m/san, Xaçmazda 17 m/san, Maştağa, Biləsuvar və Tərtərdə 16 m/san, Qubada 15 m/san, 2 gün küləyin maksimum sürəti Mərəzədə 30 m/san, Cəfərxanda 24 m/san, Sabirabadda 20 m/san, 3 gün küləyin maksimum sürəti Göyçayda 28 m/san, İsmayıllıda 26 m/san, Gəncə və Qəbələdə 24 m/san, Şamaxı və Bərdədə 20 m/san, Gədəbəydə 16 m/san olub. 4 gün küləyin maksimum sürəti Tovuzda 25 m/san, Şəkidə 20 m/san, 5 gün küləyin maksimum sürəti Goranboyda 32 m/san və 6 gün Tərtərdə 20 m/san qeydə alınıb.