Ucnoqta.az
www.ucnoqta.az

"Formula 1" Rusiya telekanalı ilə müqaviləni pozub

22:13 - 10 Mart 2022 tarixində dərc olunub.

"Formula 1" Rusiyanın "Match TV" telekanalı ilə müqaviləni pozub.

"Report"un məlumatına görə, bu barədə telekanalın baş prodüseri Aleksandr Taşin açıqlama verib.

Onun sözlərinə görə, dünya çempionatının 2022-ci il mövsümü Rusiyada yayımlanmayacaq.

Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, "Formula 1" 2020-ci ildə "Match TV" ilə 3 illik müqavilə imzalayıb.

Müəllif: