Ucnoqta.az
www.ucnoqta.az

IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılır

11:09 - 10 Mart 2022 tarixində dərc olunub.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq 15 mart 2022-ci il saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

Bu barədə APA-ya Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Müəllif: