Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan banklarının kartları Rusiyada <font color=red><b>İŞLƏMƏYƏCƏK</b></font>

15:35 - 9 Mart 2022 tarixində dərc olunub.

"Visa" və "Mastercard" ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, artıq bununla bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən "Visa" və "Mastercard" ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırıb.

Müəllif: