Ucnoqta.az
www.ucnoqta.az

2717 müəllim iş yerinin daimiləşməsi üçün qeydiyyatdan keçib

12:58 - 9 Mart 2022 tarixində dərc olunub.

Müəllimlərin iş yerinin daimiləşməsi üzrə müsabiqənin qeydiyyat mərhələsi başa çatıb.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctiamaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, 2021-2022-ci tədris ili üzrə müddətli müqavilə əsasında işə qəbul olmuş 2717 namizəd müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə qeydiyyatdan keçərək elektron ərizəsini tamamlayıb.

Müəllif: