Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb - <font color=red><b>Foto</b></font>

21:43 - 8 Mart 2022 tarixində dərc olunub.

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada-2110” markalı avtomobillə Ceyhun Süleymanovun idarə etdiyi “Vaz-21015” markalı avtomobil toqquşub.

Qəza zamanı Ceyhun Süleymanov, onun həyat yoldaşı və övladı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: