Gəncədə yanğın olub, <font color=red><b>300-ə yaxın cücə tələf olub - FOTO</b></font>
20:02 - 8 Mart 2022 tarixində dərc olunub.
Gəncədə yanğın baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində yerləşən həyət evlərinin birində qeydə alınıb.Vətəndaş Saleh Qasımova məxsus 25-30 kv m olan yardımçı tiklidə (cücə damı) anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı 300-ə yaxın cücə yanaraq tələf olub, yardımçı tikili isə yararsız hala düşüb. İlkin ehtimallara görə yanğın qısaqapanmadan baş verib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.