Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan: “Azərbaycan Prezidenti cümə axşamı Türkiyəyə səfərə gələcək”

17:59 - 8 Mart 2022 tarixində dərc olunub.

“Azərbaycan Prezidenti bu həftənin cümə axşamı Türkiyəyə səfərə gələcək”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ukrayna böhranı ilə bağlı 20-yə yaxın dövlət başçısı ilə müzakirələr apardım və hələ də danışıqlarımı davam etdirirəm. Sabah İsrail Prezidenti Hersoq, cümə axşamı isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək”, - Rəcəb Tayyib Ərdoğan deyib.

Müəllif: