Ucnoqta.az
www.ucnoqta.az

Sabahdan Azərbaycanda "TURKOVAC" peyvəndinin sınaqlarına başlanılır

15:01 - 8 Mart 2022 tarixində dərc olunub.

Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin 3-cü faza sınaqları başlayır.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunun üçün Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir.

Sınaqların başlanması üçün martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq.

Müəllif: