Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda qaydaları pozan sürücülər cərimələndi - <font color=red><b>FOTO</b></font>

12:29 - 8 Mart 2022 tarixində dərc olunub.

Goranboyda dayanma-durma qaydalarını pozan 40 sürücü cərimələnib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb.

Ümumilikdə 40 sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

 

Müəllif: