Ucnoqta.az
www.ucnoqta.az

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

11:00 - 8 Mart 2022 tarixində dərc olunub.

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də saat 17 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Məhəmməd Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobil konstruksiya dəyişiklikləri edildiyinə görə saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün və sərnişini Əlirza Əliyevin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və onlar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil veriliblər.

Müəllif: