Ucnoqta.az
www.ucnoqta.az

Yutub ermənipərəst Solovyovun kanalını blokladı

08:58 - 8 Mart 2022 tarixində dərc olunub.

Yutub hostinqi Rusiya aparıcısı Vladimir Solovyovun kanalını bloklayıb.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, onun kanalının bir milyondan çox abunəçisi var idi. “Vladimir Solovyovla axşam” kanalından sonra videohostinq “Solovyev LIVE” kanalını da bloklayıb.

“Bu kanal Yutubun istifadə şərtlərini pozduğu üçün bloklanıb”, - xidmət səhifəyə daxil olmaq istəyəndə qeyd edir. Təbliğatçının özü kanalında bloklanmağını “müharibə elanı” adlandırıb.

Qeyd edək ki, Solovyov ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə təbliğat aparırdı.

Müəllif: