Ucnoqta.az
www.ucnoqta.az

"Erməni hərbçisinin həlak olması barədə məlumat yalandır" - <font color=red><b>MN</b></font>

16:24 - 7 Mart 2022 tarixində dərc olunub.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır", .

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir. Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir", - məlumatda vurğulanıb.

Müəllif: