Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə kişi qəbiristanlıqda intihar etdi

15:28 - 7 Mart 2022 tarixində dərc olunub.

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.

1973-cü il təvəllüdlü Zeynal Əliyar oğlu (soyadı dəqiqləşdirilir) kəndin qəbiristanlığındakı çardaqdan özünü asıb.

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: