Ucnoqta.az
www.ucnoqta.az

Təxliyə edilən 1711 Azərbaycan vətəndaşı Türkiyəyə daxil olub

14:16 - 7 Mart 2022 tarixində dərc olunub.

Ukraynadan təxliyə edilən 1711 Azərbaycan vətəndaşı Türkiyəyə daxil olub.

Bunu Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü İsmayıl Çataklı deyib.

O bildirib ki, Ukraynadan gələnlər arasında 447 Türkmənistan və 62 Gürcüstan vətəndaşı da var.

“Miqrasiya İdarəmiz fasiləsiz olaraq fəaliyyətini davam etdirir”, – Türkiyə DİN rəsmisi vurğulayıb.///Apa

 

Müəllif: