Ucnoqta.az
www.ucnoqta.az

Avtomobil şadlıq evinə çırpıldı: <font color=red><b>Xəsarət alanlar var</b></font>

10:58 - 7 Mart 2022 tarixində dərc olunub.

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb. Belə ki, Azər Əliyev idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə hərəkətdə olarkən onun qarşısına qəfil piyada çıxıb.

Sükana nəzarəti itirən sürücü nəqliyyat vasitəsini yol kənarında dayanan VAZ-2106 markalı avtomobilə çırpıb.

Zərbənin təsirindən VAZ-2106 yaxınlıqdakı şadlıq evinin divarına çırpılaraq yararsız hala düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, ümumilikdə iki nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: