Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə yeniyetmə bacılar dəm qazından zəhərləniblər

22:21 - 4 Mart 2022 tarixində dərc olunub.
Göygöl şəhərində 2 nəfər dəm qazından zəhərlənib. "Report"un məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb. Yerli sakinlər - 2009-cu il təvəllüdlü S.Həsənova və bacısı, 2010-cu il təvəllüdlü T.Həsənova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Müəllif: