Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın paracüdo millisində məşqçi təyinatları olub

17:46 - 4 Mart 2022 tarixində dərc olunub.

Kişilərdən ibarət paracüdo üzrə Azərbaycan millisində yeni məşqçi təyinatları gerçəkləşib.

Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azad Zahidov və Emin Beydullayev baş məşqçi İbrahim İbrahimovun köməkçiləri olub.

Qərar 2024-cü il Paris Yay Paralimpiya Oyunlarına səmərəli hazırlıq məqsədilə qəbul edilib.///report

Müəllif: