Ucnoqta.az
www.ucnoqta.az

Ötən il 21 polis etik qaydaları pozuduğuna görə işdən çıxarılıb

17:04 - 4 Mart 2022 tarixində dərc olunub.

Ötən il Azərbaycanda etik davranış qaydalarını pozuduğuna görə işdən çıxarılan polis əməkdaşlarının sayı açıqlanıb.

Etik davranış məsələləri ilə bağlı 2021-ci il üzrə hesabatda qeyd edilib ki, 168 polis əməkdaşına intizam tənbehi verilib.

Onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub, 21-i tutduğu vəzifədən azad edilib, 117-i barəsində digər məsuliyyət tədbirləri görülüb.///report

Müəllif: