Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə nənə və nəvə dəm qazından boğularaq öldü

18:50 - 2 Mart 2022 tarixində dərc olunub.

Gəncə sakinləri dəm qazından boğularaq ölüb.

APA-nın xəbərinə görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Orada yaşayan nənə və nəvənin dəm qazından boğularaq öldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölənlərin kimliyi dəqiqləşdirilir.

Müəllif: