Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə yanğın zamanı ev sahibi öldü -<font color=red><b> FOTO</b></font>

09:43 - 2 Mart 2022 tarixində dərc olunub.

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Şərəfxanlı küçəsində qeydə alınıb.

73 yaşlı Tofiq Hüseynova məxsus evdə anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğının qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahibi, 73 yaşlı T.Hüseyov evdə yanaraq ölüb. Məlumata görə ev sahibi xəstə olub.

Hadisənin səbəbləri araşdırılır.

 

Müəllif: