Azərbaycanda zəlzələ baş verib.
Ucnoqta.az Report-a istinadən xəbər verir ki, yeraltı təkan ölkənin şimal-qərb bölgəsini əhatə edib.
Belə ki, zəlzələ bu gün saat təqribən 14:30 radələrində Balakən, Zaqatala və Qax rayonlarında qeydə alınıb.
Yerli sakinlərin verdiyi məlumata görə, yeraltı təkan təqribən 3-4 bal gücündə hiss olunub